Vətəninfo.az xəbər verir ki, dünən Fars_əyalətinin Əhl bölgəsində Rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ baş verib.
Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzinin seysmik şəbəkələri zəlzələnin 20:37 radələrində meydana gəldiyini açıqlayıb.
Bildirilib ki, zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntıların və ya insan itksinin olub-olmaması hələlik bəlli deyil.