Bu gün səhər saat 00:00-da Tehran əyalətinin Fəşəm şəhərində Rixter cədvəli üzrə 3.4 bal gücündə zəlzələ baş verib. Vətəninfo.az xəbər verir ki, zəlzələnin episentri yerin 5 kilometr dərinliyində yerləşib. Hadisə ətraf bölgələrdə də hiss olunub, ancaq insident nəticəsində insan itkisi və ya dağəntılar barədə məlumat verilməyib.