Bu gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ ilə danışıqlar məsələsi ilə bağlı sərt açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, Rzayi “X” hesabında yazıb ki, ABŞ prezidentinin “ziddiyyətli mesajları” İranı çaşdırmamalıdır.
“ABŞ prezidentinin bir-birinə zidd mesajlarının sizi çaşdırmasına imkan verməyin — “danışıqlar yoxdur” deməsindən tutmuş “danışmağa hazırıq” açıqlamasına qədər. Neft və boğazlarla bağlı vəziyyət artıq dəyişib. Vəziyyəti nəzarətə almaq cəhdləri qarşıdan gələnləri dayandırmayacaq. İranın şərtləri yerinə yetirilməyənədək heç bir danışıqlar olmayacaq. Vəssalam!”, – deyə, Rzayi bildirib.


























