image-reklam-veteninfo
image-1backend

İrandan idxal edilən bu məhsullar kəskin bahalaşdı

image-reklam-veteninfo

Rusiya pərakəndə satış şəbəkələri İrandan idxal edilən bəzi tərəvəz və meyvələrin qiymətlərində kəskin artım qeydə alıb.

Vətəninfo.az xəbər verir ki, ən nəzərəçarpacaq qiymət artımı İran alçasında müşahidə olunub. Kahı, kərəviz və ərik də 15 faiz bahalaşıb.

Qiymət artımının əsas səbəbi Yaxın Şərq regionunda qeyri-sabit vəziyyətdir. Nəqliyyat şirkətləri raket zərbələri riskinin artması səbəbindən tədarükdən yayınmağa çalışır, bu da avtomobil nəqliyyatının qiymətinin orta hesabla 200 min rubl artmasına səbəb olub.

İran məhsullarının çatdırılma müddəti üç həftəyə qədər artıb, halbuki əvvəllər daşınma təxminən bir həftə çəkdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki