image-fb_img_1722857727150backend

İranı çökdürən qadın: Bir cəsusun həyat hekayəsi

image-reklam_sirab_01

Şəkildə gördüyünüz qadın Fransız vətəndaşı , gənc yaşında İranda öncə mediaya , sonra siyasi camiyyə yeridilmiş Katerina Perez Şakdamdır.

Katerina Şakdam İranda prezidentinin köməkçisi olan sevgilisi vasitəsi ilə İran hakimiyyətinin koridorlarına soxulmuş, onun üçün təşkil olunmuş müsahibələr üzərindən dini lider Xamneyiyə yaxınlaşdırılmışdır.

Şakdam müxtəlif illərdə bir çox iranlı nazirlərlə sevgili olmuş , nəticədə iran hakimiyyətində geniş əlaqələr qurmuş və bu əlaqəni xarici kəşfiyyat üçün istifadə etmiş cəsusdur.

Ketrina Şakdama daha çox İsrail üçün işləyən yəhudi səsus deyilsə də , o ifşa olunduqdan sonra başqa şəbəkələrlə də kontaktı olması haqqında məlumatlar ortaya çıxır.

Yəmənli biznesmenlə ailə qurduqdan sonra İranda məskunlaşmış Katerina Şakdam jurnalist qılığında sevgilisi olduğu İran məmurları vasitəsi ilə İran dövlətin bütün zəifliklər haqqında məlumatları toplayaraq cəsusu olduğu şəbəkələrə ötürüb.

O, mütəmadi olaraq İranın dövlət mediasında çıxış edir və məqalələri İranın ən mühüm media orqanlarında müntəzəm olaraq İran xalqına təqdim edilir və İran prezident adminstrasiyası və dini liderin idarəsindən maaşlar alıb.

Yerli media təsisatların rəhbərləri , dini liderin ətrafındakı şəxslər onun kimliyi ilə bağlı sorğular aldığı zamanlar həmin şəxslər təzyiqlərlə üzləşir.

Günü bu gün də İranın Evin həbsxanasında Katerina Parez Şakdamın şəbəkəsinin böhtanları və fake məlumatlarının əsasında həbsdə yatan şəxslər var.

İran prezidenti Rəisinin helikopter qəzasından sonra İranı tələm-tələsik tərk edən Şakdamın kimliyi ilə bağlı şübhələr haqqında açıq danışılmağa başlanılır.

İrandan qaçdıqdan sonra Şakdam məqalələrinin birində İranın dini lideri Xamneyininin İsrailin casusu olduğunu elan edir və bunu bir neçə ciddi arqumentlə əsaslandırır.

İranın dini lideri Xamneyini haqqında yazılardan sonra Şakdamın iranın rəsmi internet saytlarındakı məqalələri tələsik silinir.

Katerina Şakdamın əsl kimliyini haqqında ilk dəfə Mosad rəsmilərinə istinadən “Times of Israel” dərgisindəki çıxan bir məqalədə aydınlıq gətirilir.

Məqalədə Şakdamn fikirlərinə də yer verilib və o qeyd edir ki, “bütün yəhudilərin ölümü və İsrailin məhv edilməsi çağırışına baxmayaraq , mən canavarın qarnına qədər yürümüşdüm.”

Məsələnin dəhşətli tərəfi isə odur ki, Şakdamın cəsus olması ehtimalının araşdırmasına görə üç il əvvəl bir neçə həbslər aparılıb.

Şakdamın prezident adminstrasiyasındakı sevgilisi və havadarı üzərindən bu ehtimal 3 il göz-ardı edilib və bu təşəbbüslər İran Dini Liderinin adından dayandırılıb və s.

Əvəzində isə İran dövləti qarşısında xidmətləri olan diğər şəxslər həbs olunub , onlara böhtan atılıb, siyasi hakimiyyətin gözündən salınıb və s.

Tehranda Hamasın siyasi lideri Haniyənin qətlindən sonra isə ölkədəki cəsus şəbəkələri ilə bağlı geniş müzakirələr gedir.

Geniş paylaşılan cəsus işləri arasında Şakdam dosyesi xüsusi müzakirə olunanlardandır.

Hamasın lideri İran Prezident İgamətgahından 500 yüz metr aralıqda , xüsusi dövlət mühafizəsinə şamil olunan ərazilərdə, 7/24 havadan mühafizə olunan bunker tipli binada öldürülüb.

İran güc və təhlükəsizlik təsisatları bunu İsrailin raket zərbəsi ilə həyata keçirdiyini elan etməyə məcbur qalıb.

İsrail tərəfi isə qətldə əli olmadığını bildirib. Amerika tərəfi isə Haniyənin öldürüldüyü binanın şəkillərini tirajlayib və binanın raket hücumuna məruz qalmadığı ifşa olunub.

Rəisinin şübhəli ölümü və Haniyənin qətlindən sonra İranda casus işi ilə bağlı suallar hamını ciddi narahat edir.

Hakimiyyət kuluarlarında və mediada İsrailin İranın bütün güc təsisatlarındakı mühüm məlumatları, video, audio və görüntüləri ələ keçirməsi müzakirə olunur.

Müzakirə olunan məsələlərdən bir qismi isə Şakdamın cəsus işindən İran hakimiyyət daxilində necə istifadə olunmasıdır.

Müzakirələrdə konkret suallar qoyulan mövzular var və onlar təxminən belə səslənir :

– Şakdamın məlumatlarından hansı məmur daxildə mövqelərini və özünü müdafiə üçün necə istifadə edib ?

– və ya daxildən məlumatlardan hansı şantajlarda istifadə olunub ?

– Ən əsası isə İran dövləti aparatı bu şantajlardan necə zərər görüb ?

Aydın məsələdir ki, Şakdamın İsrailə hansı sənədlər və görüntüləri təqdim etdiyi ancaq proseslər baş verərkən aydın olacaq və tam miqyasda da həmişəlik sirr olaraq qalacaq.

İran hakimiyyəti üçün qorxulu məqamlardan birincisi budur ki, İran hakimiyyəti özü də bilmir ki, hazırda İran daxilində və hətta prezident administrasiyası daxilində nə qədər başqa Şakdamlar fəaliyyət göstərir.

Yeganə Hacıyeva

Politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki