image-1backend

İranın dəstəklədiyi qruplar Suriyada hökumət qüvvələrinə dəstək üçün əsgər göndərir

image-reklam_sirab_01

İranın dəstəklədiyi qruplar İraq üzərindən Suriyada silahlı qruplarla toqquşan hökümət qüvvələrinə dəstək üçün əsgər göndərir.

Yerli mənbələrdən əldə edilən məlumata görə, İranın dəstəklədiyi qruplar günlərdir İraq üzərindən Suriyadakı hökumət qüvvələrinə dəstək verməyə gedir.

Dəstək qüvvələri hər gün təxminən 50 avtomobillə Suriya-İraq sərhədindəki Əlbukamal rayonundan Suriyaya daxil olur.

Bu qruplara Zeynəbiyyun və Fatimiyyun briqadaları, həmçinin İran İnqilabı Mühafizləri Korpusları da daxildir.

Dəstək bölmələrindəki döyüşçülərin sayının ən azı 400 nəfər olduğu bildirilir.

Qeyd edək ki, hökumət əleyhdarı qruplar Hələbdəki qarşıdurmalar zamanı İran və İranın dəstəklədiyi bəzi döyüşçüləri əsir götürmüşdü.

İranın dəstəklədiyi qruplar

Suriyada hökumət qüvvələri ilə birgə hərəkət edən İranın dəstəklədiyi qruplar arasında Fatimiyyun və Zeynəbiyyun briqadaları seçilir.

İran ordusu 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsində rejimə dəstək vermək üçün tamamilə əfqanlardan ibarət Fatimiyyun briqadası yaradıb.

Suriyadakı rejimə dəstək verən Zeynəbiyyun briqadasının üzvləri məzhəb və ya siyasi səbəblərlə Pakistanı tərk edərək bu ölkədən təhsil üçün İrana gedən və Qum və Məşhəd kimi şəhərlərdə mədrəsə təhsili alan pakistanlı şiələrdən ibarətdir.

İranın dəstəklədiyi qruplaşmalar Suriyanın Deyr əz-Zor əyalətinin mərkəzində, Meyadin, Muhasan və Bukemal rayonlarında və Suriya-İraq sərhəd xəttində güclü mövqeyə malikdir.

Sözügedən qruplara İran İslam İnqilabı Mühafizləri Korpusunun sahədəki komandirləri rəhbərlik edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image