Almaniya rəsmiləri bildiriblər ki, ekstremist qruplarla əlaqəsi olduğu üçün fəaliyyəti bir müddət qadağan edilən Hamburq İslam Mərkəzinin keçmiş rəhbəri Məhəmmədhadi Müfəttih Almaniyadan qovulub.
Məlumata görə, mərkəzin rəhbəri Almaniyadan çıxarılmazdan öncə deportasiya qərarına etiraz etmək məqsədilə məhkəməyə ərizə göndərib.
Bildirilib ki, məhkəmə İran hökumətinə bağlı din xadiminin ərizəsinin qərarı ləğv etməyəcəyini vurğulayıb, eyni zamanda ona ölkəni tərk etməsi üçün iki həftə vaxt verildiyini də xatırladıb.
Qeyd edək ki, Almaniyanın Daxili İşlər Nazirliyi daha öncə Məhəmmədhadi Müfəttihin 20 il ərzində bu ölkəyə qayıtmasına icazə verilmədiyini, qayıdacağı təqdirdə onu üç il həbs gözlədiyini açıqlayıb.
Xatırladaq ki, Hamburq İslam Mərkəzi Almaniyada radikal və totalitar islamçı ideologiyanı #təbliğ etdiyi üçün qapadılıb.