image-1backend

İranın  Ermənistandakı səfiri:  “Qarabağ” mahnısının səsləndirilməsindən narahatam

image-reklam_sirab_01

Son günlər İrəvanda Güney Azərbaycandan olan gənclərin “Qarabağ” mahnısını ifa etdiyi klipin yayımlanması geniş əks-səda doğurub. Vətəninfo.az xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Qarabağ” mahnısının səslənməsinə sərt reaksiya verib və bunu “dəyərsiz və şübhəli” adlandırıb.
Səfir belə addımların İranın rəsmi mövqeyini əks etdirmədəyini və bunun “planlaşdırılmış aksiya” olması ehtimalına toxunaraq deyib: “Etnik şüarlar səsləndirənlər nə İran millətinin, nə də İranda yaşayan azərbaycanlıların nümayəndələridir. Onların məqsədi erməni xalqı arasında anlaşılmazlıq yaratmaq ola bilər”.
P.S: “Öz tarixi və mədəni keçmişi olan Qarabağ haqqında mahnının səsləndirilməsi İran diplomatını niyə narahat etməlidir? İran hökuməti bölgədə azərbaycanlı kimliyinin hər şəkildə güclənməsinin qarşısını almağa çalışır?!”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image