image-999999backend

İranın Gilan əyaləti selin əsirinə çevrilib

image-reklam_sirab_01

İranın Gilan əyalətinin Astara şəhərində daşqın nəticəsində azı 7 nəfər xəsarət alıb.

Vətəninfo.az xəbər verir ki, İranın İSNA agentliyinin məlumatına görə, Astara valisi Məhəmməd Rza Şahabzadə şəhərə yağan güclü yağışın daşqınlara səbəb olduğunu deyib.

Şahabzadə “Sel nəticəsində körpüdə olan iki maşın çaya düşüb, 7 nəfər yaralanıb” deyib.

İran rəsmisi bildirib ki, şəhər boyu axtarış-xilasetmə işləri davam edir.

Bildirilib ki, Astaranı birləşdirən yolların sel nəticəsində zədələndiyi rayonda Astara və Hace Kəri çaylarının da daşması təhlükəsi var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image