image-image_750x_661cf8ec2f824backend

İranın hava zərbəsi dünyada hansı problemlər yaradıb?

image-reklam_sirab_01

İranın İsrailə hücumundan sonra bir sıra iri beynəlxalq aviaşirkətlər hava uçuşlarında problemlərlə üzləşib. Vətəninfo.az  Reuters xəbər agentliyinə istinadən xəbər verir ki , son iki gündə , ən azı ondan çox aviaşirkət, o cümlədən Qantas (QAN.AX), Lufthansa (LHAG.DE), United Airlines, Air India və digərləri uçuşları ləğv etməli olub.

Mütəxəssislərin fikrincə, bu fasilələr 2001-ci il sentyabrın 11-dən sonra hava nəqliyyatı sahəsində qeydə alınan ən böyük fasilələr olub.

Sənaye ekspertlərinin fikrincə, bu, hava nəqliyyatı sektorunda xaotik vəziyyətə gətirib çıxara bilər. Rusiya-Ukrayna hərbi qarşıdurmasının, Fələstin-İsrail münaqişəsinin hazırkı gərginləşməsindən sonra aviadaşıyıcılar artıq davamlı olaraq uçuşlarını və uçuş marşrutlarını nəzərdən keçirib, müəyyən düzəlişlər ediblər. İranın hava məkanını Avropa və Asiya arasında hava nəqliyyatını təmin edən aviaşirkətlər istifadə edir və indi İran ərazisindəki məhdudiyyətlər iki alternativ buraxır: Türkiyə və ya Səudiyyə Ərəbistanı üzərindən uçuşlar. İsrail şənbə günü hava məkanını bağladı, lakin bazar günü səhər yenidən açdı.

İordaniya, İraq və Livan da öz əraziləri ilə hava nəqliyyatını bərpa ediblər. Emirates Airlines, Qatar Airways və Etihad Airways daxil olmaqla Yaxın Şərqin ən böyük aviaşirkətləri uçuş-enmə zolaqlarında düzəlişlərdən sonra uçuşları bərpa edəcəklərini açıqlayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki