Vətəninfo.az xəbər verir ki, Reuters-in yüksək səviyyəli mənbəsinin sözlərinə görə, Qətərdəki ABŞ aviabazasına hücumdan əvvəl iranlılar hücumun məqsədi barədə ABŞ və Qətər hakimiyyətini məlumatlandırıblar. Qeyd olunur ki, İran ABŞ-ı iki diplomatik kanalla, biri Qətər, digəri isə böyük ehtimalla Rusiya vasitəsilə məlumatlandırıb.
Bu, hərbi qulluqçuların aviabazanı tərk etməsinə şərait yaradıb, bunun sayəsində zərbə zamanı itki olmayıb.
Xatırladaq ki, İranın Qətərin Əl-Udeydə zərbə endirdiyini elan etməsindən sonra Bəhreyn də öz hava məkanını bağlayıb, ABŞ-ın İraqdakı Ayn əl-Əsəd hava bazası mümkün hücuma qarşı hava hücumundan müdafiə sistemini işə salıb.
Reuters xəbər verir ki, ABŞ-ın Suriyadakı əsas hərbi bazası İran və ya İranla əlaqəli silahlı qruplaşmaların mümkün hücumuna qarşı hazır vəziyyətdədir.
İran zərbənin dağıdıcı olduğunu desə də, ABŞ zərbə zamanı heç bir ABŞ əsgərinin ölmədiyini bildirir.