Vətəninfo.az xəbər verir ki , İran parlamentinin 91 üzvü ölkənin iqtisadiyyat naziri Əbdünnaser Hemmətiyə qarşı impiçment təklifini imzalayıb.
Məlumata görə, martın 2-də iqtisadiyyat naziri impiçment olunacaq. Bunun əsas səbəbi isə valyutanın bahalaşmasıdır. Əbdünnaser Hemməti bu təklifə cavab olaraq deyib: “Yenə də çox yaxşıdır. Mən danışıb, parlament nümayəndələrini inandıracağam”.
Bildirilib ki, Əbdünnaser Hemməti 10 gün ərzində məsələ ilə bağlı parlamentə müraciət və müdafiə çıxışı edə bilər.