image-reklam-veteninfo
image-indirbackend

İranın keçmiş səhiyyə naziri: “Əhəmiyyəti yoxdur, amma qanuni addım atacağam”

image-reklam-veteninfo

İranın keçmiş səhiyyə naziri Həsən Qazizadə Haşimi 36 ay müddətinə Kanadaya girişinin qadağan edilməsinə reaksiya verərək bunu əhəmiyyətsiz adlandırıb və kanadalı naziri hədələyib.
Vətəninfo.az xəbər verir ki, o, bu barədə “Khabar Online” portalına müsahibəsində deyib.
“Mənim fikrimcə, bu, önəmli mövzu deyil. Mən səfərdən yeni qayıtmışam və yenidən Kanadaya səyahət etmək fikrim yoxdur, lakin kanadalı nazirin qeyri-peşəkar və təbliğat xarakterli hərəkətinə hüquqi yollarla cavab verəcəyəm”- deyə, o, qeyd edib.
Xatırldaq ki, Kanadnın miqrasiya naziri Mark Miller avqustun 28-də iranlı nazirin 36 ay müddətinə Kanadaya girişinin qadağa edilməsi barədə “X” sosial şəbəkəsi (keçmiş Twitter) vasitəsilə məlumat vermişdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki