Vətəninfo.az xəbər verir ki, İranın ETTELAAT (kəşfiyyat və təhlükəsizlik) naziri İsmayıl Xətib bu gün parlamentin plenar iclasında deyib ki, İranın gücü, təhlükəsizliyi və nüfuzu bu gün dünya mütəfəkkirlərinin, siyasətçilərinin diqqətindədir.
“Bu gün 53 ölkənin kəşfiyyat xidmətlərinin “İran masası” var və müxtəlif aktorların iştirakı və iş bölgüsü ilə bir çox anti-təhlükəsizlik planları həyata keçirilir. Biz 28 ölkədə “Mossad” casuslarını müəyyən etmişik”, – deyə, Xətib iddia edib.
Qeyd edək ki, hazırda İranın kəşfiyyat naziri İsmayıl Xətib 14-cü hökumət tərəfindən parlamentə yenidən eyni vəzifəyə təklif edilib.