İranda 40 ilə yaxındır ki, fəaliyyət göstərən Mandana kinoteatrı “hicaba riayət edilməməsi” bəhanəsi ilə bağlanılıb.
Vətəninfo.az “Tabnak” saytına istinadən xəbər verir ki, xəbəri təsdiqləyən Mandana kinoteatrının direktoru Məhəmməd Qased Əşrəfi jurnalistlərə bildirib:
“Tehranın 8-ci rayon Prokurorluğunun göstərişi ilə şənbə günündən etibarən “Əxlaq” polisi tərəfindən kinoteatr möhürlənib. Polis kinoteatrın möhürlənməsinin səbəbini tamaşaçıların hicab taxmaması olduğunu bildirib və bizə 12 yaşlı hicabsız qızın qısa şalvar geyinməsi, habelə başqa bir qadının da hicabsız olduğunu sübut edən iki şəkil göstərib”.