Vətəninfo.az xəbər verir ki, Buşehr əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi Əbdürrəhman Muradzadə Gənavə-Xarq adasındən keçən neft kəmərinin sızdığını və İran körfəzinin sularını çirkləndirdiyini bildirib.
“Körfəzdə neft ləkələri müşahidə olunduqdan sonra bu barədə Limanlar və Naviqasiya Baş İdarəsinə məlumat verilib”.
“Neftlə çirklənmənin qarşısının alınması üçün bölgəyə iki xüsusi təmizləyici qurğunun göndərilməsinə başlanılıb”-deyə, o, qeyd edib.
Qeyd edək ki, İran körfəzində neft sızıntısı ilk dəfə baş vermir. 4 il öncə də eyni adanın sahillərində neft borusundan sızma daha böyük miqyasda baş verib.