“Iran International”ın məlumatına görə, neft naziri Möhsün Paknejadın istefası enerji sektorundakı böhran, ixracın azalması və sanksiyalı neftin satışından əldə edilən gəlirlərin bölüşdürülməsi ilə bağlı mübahisələrlə əlaqələndirilir.
Vətəninfo.az xəbər verir ki, rəsmi olaraq, onun istefası “şəxsi problemlər”lə əlaqələndirilib. Digər səbəblərə kölgə neft satış sxemlərində şəffaflığın olmaması, enerji obyektlərinin idarə olunması ilə bağlı problemlər və böyük layihələrdə gecikmələr daxildir.
Vəziyyət daxili bazarda yanacaq çatışmazlığı ilə daha da ağırlaşıb.


























