image-2backend

“İranın nüvə silahına malik olması, onun təhlükəsizliyinə ən böyük təhdiddir” -Nəsib Məhəməliyev

image-reklam_sirab_01

Son günlər İranda İsraillə müharibə təbliğatı gücləndirilib. Biri-birinin ardınca İran rəsmiləri İsraili və onu dəstəkləyən ölkələri hədələmdə davam edir. İranın bu təbliğatının və xofunun səbəbi nədir? Vətəninfo.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirdi ki,  İranda İsraillə müharibə təbliğatının güclənməsinin əsas səbəbi, molla rejiminin daxili problemləri həll edə bilməməsi üzündən, ictimai rəyi xarici düşmənə yönəltməsindən qaynaqlanır.

image-3

“Yarandığı gündən, bütün uğursuzluqlarında İsraili günahkar bilən mollalar, bu metoddan daim istifadə etmişlər. Digər səbəb isə, cənub qonşumuzun nüvə silahına sahiblənmək istiqamətində atdığı addımlarla bağlıdır. İsrail dövlət rəsmiləri dəfələrlə, İranın nüvə dövlətinə çevrilməsinə imkan verməyəcəkləri barədə xəbərdarlıq etmişlər. İsrail ciddi dövlətdir. Güclü ordusu, kəşfiyyatı, İranın daxilində belə agentura şəbəkəsi var. ABŞ və digər güclü dövlətlərlə müttəfiqlik münasibətləri mövcuddur. Haqqlı olaraq hesab edir ki, İranın nüvə silahına malik olması, onun təhlükəsizliyinə ən böyük təhdiddir. Ona görə də, bütün mümkün vasitələrdən istifadə edərək, onun qarşısını alacaqdır. Heç kim üçün sirr deyil ki, İran Sürix protokollarından çıxdıqdan sonra, uranın zənginləşdirməsini davam etdirir, nüvə başlıqlarını daşıya biləcək ballistik raketlərin istehsalını təkmilləşdirir.” -deyə millət vəkili bildirib.

Nəsib Məhəməliyev hesab edir ki, beynəlxalq birlik, regionda böyük müharibənin ciddi fəlakətlərə gətirib çıxaracağını bilir.

“Düşünürəm ki, böyük müharibənin baş verməsi mümkündür. Bunun qarşısını ala biləcək yeganə amil, İranın nüvə silahından imtina etməsi ola bilər.”– deyə millət vəkili əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki