“Son hesabatın dərc edildiyi 2024-cü ilin fevralından İranın nüvə proqramının yaratdığı təhlükə xeyli artıb və “son dərəcə təhlükəli mərhələyə” daxil olub”.
Vətəninfo.az xəbər verir ki, bu barədə Amerika Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (İSİS) “İran təhlükəsi ilə mübarizə: riskdə fövqəladə artım” adlı yeni hesabatında yazır.
Hesabatda qeyd edilir ki, əsas mənfi amillərə İranın nüvə imkanlarının genişləndirilməsi, nüvə silahının yaradılması üçün vaxt çərçivəsinin qısaldılması və onların yaradılmasının xeyrinə ölkədaxili müzakirələrin legitimliyinin artması daxildir.
İran və müttəfiqlərinin İsrail və tərəfdaşlarına uduzduğu Yaxın Şərqdə davam edən hərbi münaqişələr fonunda Tehranın belə bir qərar qəbul etməsi riski artıb.