image-iran_rusiya_silahbackend

İranın Rusiyaya silah satması təsdiq olundu – FOTOFAKT

image-reklam_sirab_01

Media Rusiyanın İrandan sursat aldığını sübut edən müqaviləni aşkar edib.

Britaniya mediası İranın Ukraynadakı müharibə üçün Rusiyaya sursat satdığına dair silah sazişini əldə edib.

“Əgər 14 sentyabr 2022-ci il tarixli 16 səhifəlik bu sənəd həqiqidirsə, burada ümumi dəyəri 1 milyon dollardan bir qədər çox olan artilleriya və tank mərmiləri və müxtəlif ölçülü raket nümunələri nəzərdə tutulur”, – xəbərdə deyilir.

Qeyd edilir ki, bu sövdələşmə təxminən 740.000 ABŞ dolları dəyərində olub.

Sky News may ayında Böyük Britaniyaya səfəri zamanı sənədləri Ukraynanın baş naziri Denis Şmixala, eləcə də Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə göstərib.

Kiyev və London materialın doğruluğunu araşdırmağı planlaşdırdıqlarını və həqiqət öz əksini tapacağı təqdirdə tədbir görəcəklərini bildiriblər.

Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko deyib: “Biz belə bir şeyin baş verdiyindən şübhələnirdik. Bunu lazımi qaydada yoxlayandan sonra müvafiq hərəkət edə biləcəyik”.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli öz növbəsində, “Bizə məlumat verildikdə, biz onu dəyərləndirməyə və təsdiq etməyə çalışacağıq. Və təbii ki, buna əsaslanaraq qərarlar verəcəyik” söyləyib.

“İranın Ukraynaya təcavüz cəhdində Rusiyaya hərbi dəstək verdiyinə dair sübutlarımız olduğu halda, biz hərəkətə keçdik və əlbəttə ki, həmişə eyni şeyi edəcəyik”, – o əlavə edib.

Pristayko həmçinin bildirib ki, müqavilə realdırsa, bu, Rusiyanın hərbi təchizatının tükəndiyinin sübutudur.

image-muqa


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki