Vətəninfo.az xəbər verir ki, Tehran məhkəməsi İranın keçmiş ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri Əli Yunisinin oğlu Həsən Yunisiyə qarşı “İsrailə dəstək” ittihamı ilə cinayət işi qaldırıb. Həsən Yunisi bununla bağlı, özünün sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, sosial şəbəkə vasitəsi ilə etdiyi paylaşımlar səbəbindən “yalan məlumatlar yaymaq və dövlət quruluşuna qarşı təbliğat aparmaq”da günahlandırılıb. Məhkəmə qərarı ilə onun 3 ay müddətində sosial şəbəkələrdən istifadə etməsi qadağan edilib. (Independent Farsi)