İranın xarici işlər naziri: İsrailə cavab veriləcək
Fələstinin HƏMAS radikal hərəkatının Tehranda siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə İsrail istər-istəməz İrandan cavab alacaq.
Vətəninfo.az xəbər verir ki , bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarı Antonio Tajani ilə telefon danışığında bildirib.
“Sionist rejimin Tehrandakı terror aktına İran İslam Respublikasının cavabı qaçılmaz, dəqiq və hesablanmış olacaq…. Sionist rejimdən fərqli olaraq, İran İslam Respublikası gərginliyi artırmağa çalışmır, baxmayaraq ki, ondan da qorxmur”, – deyə Əraqçi İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirib.
Tajani öz növbəsində bütün tərəfləri təmkinli olmağa çağırıb və Yaxın Şərqdə artan qeyri-sabitlikdən narahatlığını bildirib.
İyulun 31-də HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda İran prezidentinin andiçmə mərasimindən sonra evinə hücum nəticəsində öldürülüb. İran İslam İnqilabı Keşikçiləri Korpusu Haniyənin təxminən 7 kq ağırlığında döyüş başlığı olan qısa mənzilli mərminin partlaması nəticəsində həlak olduğunu açıqlayıb. İran və HƏMAS onun qətlində İsraili günahlandırır, o, iştirakını nə inkar edir, nə də təsdiqləyir.