image-1backend

“İranın xarici sərmayəyə ehtiyacı var”-  Pezeşkian

image-reklam_sirab_01

İran prezidenti Məsud Pezeşkian planlaşdırılan 8 faizlik artım üçün 100 milyard dollarlıq xarici investisiyaya ehtiyac duyduqlarını və iqtisadi problemlərin xarici əlaqələrlə bağlı olduğunu bildirib.

Pezeşkiyan İran dövlət televiziyasında iştirak etdiyi proqramda yeni hökumətin daxili və xarici siyasəti ilə bağlı qiymətləndirmələr edib.

İran prezidenti ədalət və ayrı-seçkilik məsələlərini vurğulayaraq deyib: “İnsanların problemlərini həll etmək istəyirik. Diqqətimiz insanların məmnunluğudur. ABŞ və Avropa tərəfindən ağır sanksiyalara məruz qalırıq, insanlarla mehriban davranmalıyıq. Ayrı-seçkiliyi aradan qaldırmalı, ədaləti axtarmalı və məhrumiyyətləri aradan qaldırmağa çalışmalıyıq.

Biz ölkə daxilindəki fikir ayrılıqlarını və ümumiyyətlə problemləri qonşularımız və dünya ilə həll etməliyik. Artıq iqtisadiyyat xarici məsələlərlə bağlıdır.

Dini liderimiz Ayətullah Əli Xamenei tərəfindən vurğulanan “iqtisadiyyatda 8 faizlik artım” üçün xarici sərmayəyə ehtiyacımız var. Mütəxəssislərin fikrincə, 8 faizlik artım üçün 200 milyard dollar sərmayə lazımdır. Bu, ölkə daxilində kapital və məhsuldarlığı artırmaqla mümkündür, lakin ümumi kapitalımız 100 milyard dolları keçmir. Ona görə 100 milyard dollar da xarici sərmayəyə ehtiyacımız var. Bu, bizim xarici əlaqələrimiz və dünya ilə bağlıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki