Sistan və Bəluçistan əyalətinin Zabol şəhəri son 24 saat ərzində qeydə alınan 47,6°C temperaturla dünyanın ən isti şəhəri olub.
Vətəninfo.az xəbər verir ki, qlobal meteoroloji məlumatlara əsasən, Zabol ən yüksək temperaturun müşahidə edildiyi yaşayış məntəqələri arasında ilk sırada qərarlaşıb.
Siyahıda növbəti yerləri:
Səudiyyə Ərəbistanının Əl-Əhsa şəhəri — + 47,4°C;
Pakistanın Sibi şəhəri — + 47°C;
Səudiyyə Ərəbistanının Yanbu şəhəri —+ 47°C.
Mütəxəssislər bölgədə davam edən isti hava dalğasının yaxın günlərdə də yüksək temperatur göstəricilərinə səbəb ola biləcəyini bildirirlər.


























