image-reklam-veteninfo
image-1backend

İranla HƏMAS hərəkatı arasında birbaşa əlaqə olduğuna dair sübutlar var: İsrail gizli sənədlər tapıb

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, İranla HƏMAS hərəkatı arasında birbaşa əlaqələrə, həmçinin Tehranın 7 oktyabr 2023-cü il hücumunda iştirakına dair sübutlar var.

“İsrail hərbi kəşfiyyatı Qəzza zolağında HƏMAS liderlərinin tunellərində tapılan gizli sənədi təqdim edib. Bu sənəd İran və HƏMAS liderləri arasında birbaşa əlaqələri, həmçinin İranın HƏMAS-ın İsraili məhv etmək planını dəstəklədiyini sübut edir”, – Katz iddia edib.

Onun sözlərinə görə, sənəddə HƏMAS-ın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə “İsraili məhv etmək” planı üçün 500 milyon dollar tələbi var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki