image-346480589_1102625604459061_451067921228125908_nbackend

İranla Səudiyyə Ərəbistanı arasında bir ilk: Nazir səfərə yollandı

image-reklam_sirab_01

İranın iqtisadiyyat və maliyyə naziri Ehsan xanduzi 7 ildir davam edən Tehran-Riyad əlaqələrinin kəsilməsindən sonra bu gün Səudiyyə Ərəbistanına səfər edib.

Vətəninfo.az xəbər verir ki, bununla bağlı “Tasnim News” xəbər agentliyi məlumat yayıb.
Səfər zamanı o, ikitərəfli görüşlər keçirməklə yanaşı, Səudiyyə Ərəbistanı İslam İnkişaf Bankının iclasında da çıxış edəcək.

Bu son 7 ildə iki ölkə arasında hökm sürən soyuqluqdan sonra bu səviyyədə baş tutan ilk səfərdir.
Qeyd edək ki, Qərb ölkələri tərəfindən sıxışdırılan və beynəlxalq basqıların artmasını müşahidə edən İran hakimiyyəti Körfəz ölkələri ilə münasibətləri yumuşaltmağa çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki