Vətəninfo.az xəbər verir ki, Qum şəhərində yerləşən Elmi-Dini Hövzəsinin Tədqiqatçıları və Tədrisçiləri Mərkəzi Şurasının üzvü Məhəmmədəli Ayazi məcburi hicaba qarşı çıxaraq deyib:
“Hicab şəxsi qərardır və heç kəs müsəlman birisinin şəxsi məsələlərinə müdaxilə edə bilməz. Buna görə də, xüsusi qurumların insanların şəxsi həyatına müdaxiləsinə icazə verən istənilən qanununa dəyişiklik edilməlidir ki, xalqla hakimiyyət arasında münaqişə böyüməsin”.
Din xadimi qeyd edib ki, “əgər parlament üzvləri həqiqətən müstəqildirsə, lazımi araşdırmalardan sonra hicab barəsində qanun qəbul edərlər. Bizim əsas problemimiz özbaşına və günah məsələlərinə uyğun qanun çıxarmağımızdır”.