image-indirbackend

İranlı diplomat: “Qərb Kamalla, Şərq Rəcəblə”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Türkiyədə keçiriləcək prezident seçkisi ilə bağlı fikirlərini bölüşüb: “Bəziləri Türkiyədəki seçkilərə və bu mühüm siyasi kampaniyaya bir növ açıq dəstək verir, məsələn, Türkiyəyə səfəri zamanı Rəcəb Tayyib Ərdoğana rəsmi və açıq dəstək verən Azərbaycan Prezidenti İlham Əliyev kimi. Bəziləri də Rusiya, ABŞ və ya İran kimi öz fikirlərini qeyri-rəsmi və müəyyən davranış və jestlərlə dolayı ifadə edir.

İranın Türkiyə seçkilərinə yanaşması necədir?

Türkiyədəki prezident seçkisinin əsas iki namizədinin İrana münasibətinə toxunan ekspert deyib: “Son illər ərzində Ərdoğan İranla münasibətlərini korlamaq istəmədiyini nümayiş etdirib və İranla lazımi əməkdaşlığı etməyə çalışıb, Qərbin sanksiyaları zamanı belə İrana kömək edib. İran və Türkiyə arasında humanitar və ictimai əlaqələr hələ də yaxşıdır və sanksiyalara baxmayaraq, tərəflər arasında iqtisadi mübadilələr 10 milyard dollardan artıqdır.
İranın hansı namizədi dəstəklədiyini açıqlamadığını qeyd edən Əfşar deyib: “Ərdoğanın prezidentliyi dövründə Türkiyə ilə yaxşı münasibətlərimizin olduğunu nəzərə alsaq, İranın dolayısı ilə və ümumiyyətlə daha çox Ərdoğanı dəstəklədiyini düşünmək olar”

Sitat: “Kılıçdaroğlunun beynəlxalq daşımalar və İranı iqtisadi tərəfdaş adlandıraraq dəhliz məsələsində Azərbaycandan yan keçəcəyi ilə bağlı sözlər desə də, Kılıçdaroğlunun Qərbə üz tutması buna işarə etmir”.
Rusiya hələ də Türkiyənin haba çevriləcəyini düşünür

O, Türkiyənin Rusiya ilə bağlı xarici siyasətinə işarə edərək bildirib: “Bir neçə il əvvəl Suriya sərhədində Rusiyanın “Suxoy” qırıcı təyyarəsinin Türkiyə tərəfindən vurulması tərəflər arasında münasibətlərin bir müddət soyumasına səbəb olsa da, Ərdoğan münasibətləri bərpa edə bildi. Hətta Ukrayna müharibəsi də Rusiya ilə Türkiyəni bir-birindən uzaqlaşdırmadı və Rusiya hələ də Türkiyənin haba çevriləcəyi barədə düşünür.
Kılıçdaroğlunun Türkiyənin hazırkı xarici siyasətinə qarşı olduğuna diqqət çəkən Süleymani əlavə edib: “Kılıçdaroğlu Rusiyadan döyüş təyyarələri alınmasının əleyhinədir və onun koalisiyası daha çox qərbyönümlüdür”. (Mashregh News)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki