Vətəninfo.az xəbər verir ki, daima Azərbaycana qarşı qərəzli açıqlamaları ilə tanınan İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin bu dəfə “Tvitter”də İarnın regiondakı siyasətindən yazıb:
“Türkmənistan İranın Orta Asiyaya açılan qapısı, İran isə Türkmənistanı Fars körfəzi və Oman dənizi ilə birləşdirən körpüdür. Türkmənistanın iki dəmir yolu xətti İnçeburun və Sərəxs marşrutu ilə Orta Asiya və Çin tərəfindən istifadə olunur. Çin və Qazaxıstan bu marşrutla əmtəə ixracı edib”.
Onun bu paylaşımına isə “Xarıbülbül” adlı istifadəçi belə cavab verib:
“Azərbaycanla düşmənçiliyə bəhanə axtaranlara: həmin Türkmənistan İrandan 35 km aralıda “sionist rejimə” səfirlik açmasına icazə verib, həmin Çin uyğur müsəlmanlarına işgəncə verib, onlara qarşı soyqırımı törədib, məscidlərini dağıdıb yaxud spirtli içki məkanına çevirib?”
“Escalade” adlı digər bir istifadəçi isə keçmiş İran səfirinin açıqlamasına sillə kimi reaksiya verib:
“Türkmənistan İsrail səfirliyini yenidən açıb. Ey Mohsen, indi başına hansı külü tökəcəksən?”.