image-348910499_202072942653543_3785301397109030287_nbackend

İranlı ekspertdən sensasion etiraf: “Tehran hökumətinin Azərbaycanla siyasəti tamamilə yanlışdır”

image-reklam_sirab_01

“İran Azərbaycanın siyasi hakimiyyət quruluşuna məhəl qoymayaraq, İslam Respublikasının inqilab ideologiyasını Azərbaycana ixrac etməyə çalışıb. Tehranın Azərbaycan hökuməti ilə siyasi və ideoloji sahədə qarşıdurmaya getməsi tamamilə yanlış idi və biz ilbəil mənfi atmosferin təsiri altında əlaqələrin korlanmasının şahidi olduq. Biz ötən illər ərzində oyunu uduzduq”. -vətəninfo.az xəbər verir ki, bu sözlərin müəllifi Avrasiya məsələləri üzrə iranlı ekspert Məhdi Xursənddir.

O, Təbriz Universitetinin tələbə-gənclər təşkilatına müsahibəsində deyib: “Ermənistanla Azərbaycan arasındakı fikir ayrılıqlarının kökünü Rusiyada axtarmaq lazımdır və əslində o, bu fikir ayrılıqlarının aradan qalxmasını istəmir. İstənilən başqa ölkənin -istər Fransa, istər ABŞ, istər İran, istərsə də Türkiynin – vasitəçiliyi Rusiyanın iradəsinə uyğun gəlmirsə, uğursuzluğa məhkumdur”.

O, guya İranın dəhlizin yaradılmasının əleyhinə olmadığını iddia edib: “İranın və Ermənistanın Azərbaycan ilə mübahisəsi Zəngəzur dəhlizinin kimin nəzarətində olması ilə bağlıdır. İran hesab edir ki, bu, “Turan” dəhlizi olmamalıdır”.

Hər üç ölkənin xalqları arasında mədəni əlaqələrə və onun güclü köklərinə diqqət çəkən ekspert bildirib: “Azərbaycanda şiə təfəkkürünün dayaqları və mövqeyi media və mədəni cəhətdən bombardman altındadır. İran isə bu ölkədəki şiəçilik ideologiyasını praktiki olaraq diqqətdən kənarda qoyub”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki