Vətəninfo.az xəbər verir ki, İranlı jurnalist və siyasi analitik Cəmşid Bərzgər Tehran-Vaşinqton danışıqlarından sonra bildirib ki, Trampın dövründə İsrailin İranla danışıqlara qarşı təhlükəli addım atma ehtimalı əvvəlki ABŞ administrasiyaları dövründəkindən daha azdır.
Digər tərəfdən, İran İsrail qüvvələrinin Suriyadakı Tehrana aid fabrikə hücumu kimi addımlardan narahatdır.
“İran ABŞ-la danışıqları ictimaiyyətdən gizli saxlamağa çalışır. Hazırda Tehran böyük güzəştlərə getməyə hazırdır, ancaq razılaşmanı ictimaiyyətə açıqlamadan, eləcə də parlament nümayəndələrinin və bəzi ölkə rəsmilərinin xəbəri olmadan həyata keçirmək istəyir”, – deyə, analitik bildirib.