İranın xarici işlər naziri Abbas Araqçı Livan hakimiyyəti ilə danışıqlar aparmaq üçün bu ölkədə səfərdədir.
Vətəninfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Baqai “X” səhifəsində bildirib.
O qeyd edib ki, Abbas Araqçı başçılıq etdiyi nümayəndə heyətinə İran parlamentinin iki deputatı və Qızıl Aypara Cəmiyyətinin başçısı daxildir.
İ.Baqai əlavə edib ki, İranın humanitar yardımı çərçivəsində Livana 10 tonluq ərzaq və dərman göndəriləcək.