Vətəninfo.az xəbər verir ki, İranın keçmiş daxili işlər naziri Rəhman Fəzli “Jamaran” saytına müsahibəsində deyib ki, “Covid-19” pandemiyası zamanı Rusiya və Çin İslam Respublikasına virus əleyhinə peyvənd göndərməyi dayandırıblar.
“Ruslar bizə koronavirus peyvəndi verməli idilər. Bir müddət göndərdilər. Daha sonra isə göndərməməyə başladılar. Özlərində də peyvənd çatışmazlığı olduğunu bildirdilər. Çinlilər də bir neçə dəfə peyvənd yolladılar, ancaq sonra bundan imtina etdilər. Bizim onlarla çox sayda müqaviləmiz var idi”, – deyə, Rəhman Fəzli vurğulayıb.
Onun sözlərinə görə, “Həsən Ruhani hökuməti koronavirus zamanı əlindən gələni edirdi və hər həftə virusla bağlı iclas keçirirdi”.