image-352544091_780620030137864_7896536518225982306_nbackend

İraq İran mallarına qadağa qoydu 

image-reklam_sirab_01

İraq hökuməti 9 adda kənd təsərrüfatı məhsulunun İrandan bu ölkəyə idxalına qadağa qoyub. Vətəninfo.az xəbər verir ki, bu barədə İranın Ticarətin İnkişafı Təşkilatı məlumat yayıb.
Bağdad hökumətinin qərarına əsasən, İranın pomidor, kartof, xiyar, soğan, balqabaq, badımcan, qarpız, qovun və bamya kimi məhsullarının İraqa ixracı növbəti xəbərdarlığa qədər qadağandır.
İran tərəfi bu qadağanın səbəbi və məsələnin təfərrüatı barədə heç bir açıqlama verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki