image-reklam-veteninfo
image-2backend

İraq: “Türkiyəyə qarşı terror hücumlarına icazə vermərik”

image-reklam-veteninfo

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin hərbi sözçüsü general Yəhya Rəsul Türkiyə ilə mümkün təhlükəsizlik müqaviləsi imzalana biləcəyini və Türkiyəyə qarşı terror hücumlarına (PKK terror təşkilatı) icazə verməyəcəklərini bildirib.

Y.Rəsul Türkiyə ilə İraq arasında İranla olduğu kimi mümkün təhlükəsizlik sazişinin imzalanması məsələsi barədə mətbuata açıqlama verib.

“Müsəlman qonşu ölkə Türkiyə ilə yaxşı münasibətlərimiz var. Türkiyə ilə siyasi və iqtisadi əlaqələrimiz də çox yaxşıdır” , -deyə general Rəsul qeyd edib.

İraqın müdafiə naziri Sabit Abbasinin və onu müşayiət edən yüksək səviyyəli hərbi heyətin ötən həftə Ankaraya səfərini xatırladan Resul Türkiyənin Milli Müdafiə Nazirliyi ilə müdafiə sənayesi, kəşfiyyat məlumatlarının mübadiləsi və terrorla mübarizə məsələlərinin müzakirə edildiyini bildirib.

General Resul İraqın qonşu ölkələrə qarşı hücum meydanı kimi istifadəsinə icazə verməyəcəklərini vurğulayıb:

“Biz İraqdan Türkiyəyə və ya hər hansı qonşu ölkəyə terror hücumlarına icazə vermərik. İraq Xarici İşlər Nazirliyi və diplomatiyamız İran ilə olduğu kimi Türkiyə ilə (təhlükəsizlik müqaviləsi) müsbət və böyük nəticələr əldə etmək gücünə malikdir. Bəzi ünsürlərin Türkiyə və Türkiyə ordusuna qarşı gərginlik yaradan addımlar atmasına icazə verməyəcəyik”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki