İraqın Bağdad Beynəlxalq Hava Limanına yaxın ərazidə yerləşən Amerika hərbi bazası atəşə tutulub. Vətəninfo.az xəbər verir ki , bu barədə “Al Mayadeen” nəşri məlumat yayıb.
“ABŞ-ın İsrailin Qəzza, Livan və Yəməndəki təcavüzünə davamlı dəstəyinə cavab olaraq oktyabrın 1-nə keçən gecə Bağdad hava limanından bir qədər aralıda ABŞ-ın “Viktoriya” hərbi bazasına hücum edilib”, – nəşr yazır.
Əl Mayadeen-in İraqdakı müxbiri xəbər verir ki, hərbi bazanın yaxınlığında dörd partlayış səsi eşidilib və obyekt daxilində həyəcan siqnalı verilib.
“Reuters”in İraq hərbi idarəsindəki iki mənbəsi Bağdad Beynəlxalq Hava Limanına “Katyuşa” raketlərinin atıldığını bildirib. Onların sözlərinə görə, üç raket buraxılıb, onlardan biri İraqın antiterror qüvvələrinin istifadə etdiyi binaların yaxınlığında düşüb. Zərbə nəticəsində bir neçə avtomobilə ziyan dəyib və yanıb. Ölən və yaralanan yoxdur.
Öz növbəsində ABŞ hərbi departamentinin rəsmilərindən biri Reuters agentliyinə bildirib ki, Amerika qüvvələri hədəfə alınmayıb.