İraqın şiə silahlı dəstələri Livana yardım üçün tam səfərbərlik elan ediblər
İraq şiə silahlı dəstələri Livana humanitar yardım göstərmək üçün tam hazır olduqlarını və səfərbər olduqlarını bəyan ediblər.
Vətəninfo.az-ın məlumatına görə , bu barədə “RİA Novosti”nin sentyabrın 23-də milis rəhbəri Falix əl-Fayaddan aldığı bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, silahlı birləşmələr Livana qida, tibbi, humanitar və digər sahələrdə dəstək verməyə hazırdır.
Bundan əvvəl Livanın Səhiyyə Nazirliyi İsrailin son zərbələri nəticəsində ölənlərin sayının 182-yə çatdığını, 727 nəfərin yaralandığını açıqlamışdı. Ölkənin səhiyyə departamenti ölənlər arasında qadın, uşaq və həkimlərin olduğunu bildirib. Livanın cənub bölgələrindən olan insanlar İsrailin atəşindən xilas olmağa çalışırlar. Daxili İşlər Nazirliyinin məlumatına görə, Beyrut, Tripoli və Livanın şərq və cənub bölgələrindəki məktəblər köçkünlər üçün sığınacaq kimi xidmət edəcək. Bundan əvvəl İsrail Hizbullahın strateji silahlarının saxlandığı Bekaa vadisindəki evlərə zərbələr endirəcəyini açıqlamışdı. İsrail ordusunun sözçüsü mülki insanları tez bir zamanda təxliyə etməyə çağırıb.