İraqın şimalında həyata keçirilən “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-nın 4 üzvü zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.
“Türkiyə Silahlı Qüvvələri terrorçulara ağır zərbələr endirməyə davam edir. İraqın şimalında həyata keçirilən “Pəncə-Kilid” əməliyyatı bölgəsində aşkar edilən 4 PKK terrorçusu zərərsizləşdirilib”,-deyə bəyanatda vurğulanıb.