image-1backend

İraqın şimalında terrorçulara mәxsus 12 hәdәf dә mәhv edilib

image-reklam_sirab_01

İraqın şimalındakı Qəndil və Qara bölgələrində həyata keçirilən hava əməliyyatları ilə separatçı terror təşkilatı PKK-nın çox sayda üzvü zərərsizləşdirilib, həmçinin terror təşkilatına aid 12 hədəf məhv edilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

”Terrorçuların yuvalarını dağıtmağa davam edirik”,-deyə bəyanatda vurğulanıb.

Milli Müdafiə Nazirliyindən verilən bəyanatda separatçı terror təşkilatı PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, İraqın şimalından Türkiyəyə və təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror aktlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əməliyyatının həyata keçirildiyi bildirilib. Hava əməliyyatının BMT nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyi qeyd olunub.

İraqın şimalında həyata keçirilən hava əməliyyatları ilə separatçı terror təşkilatının istifadə etdiyi və terrorçuların olduğu düşünülən mağara, sığınacaq və anbarlardan ibarət 12 hədəfin məhv edildiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki