image-1backend

İraqın şimalında terrorçulara mәxsus 24 hәdәf daha mәhv edilib

image-reklam_sirab_01

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk, Qara, Qəndil və Asos bölgələrində separatçı terror təşkilatının istifadə etdiyi mağara, sığınacaq və anbarlardan ibarət 24 hədəfi hava əməliyyatı ilə məhv edib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda separatçı terror təşkilatı PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, İraqın şimalından Türkiyeyə və təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror aktlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əməliyyatının həyata keçirildiyi bildirilib. Hava əməliyyatının BMT nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyi qeyd olunub.

”İraqın şimalındakı Qara, Metina, Hakurk, Asos və Qəndil bölgələrində terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. Həyata keçirilən hava əməliyyatları nəticəsində separatçı terror təşkilatı tərəfindən istifadə edilən mağara, anbarlar və sığınacaqlar məhv edilib”,-bəyanatda vurğulanıb.

Əməliyyatda milli imkanlarla hazırlanan silah-sursatlardan istifadə edildiyi və çox sayda terrorçunun zərərsizləşdirildiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki