Ermənistanın Milli Maraq Fondu (ANIF) və “Air Arabia Group”un müştərək investisiyası olan Ermənistanın “Fly Arna” milli aviaşirkəti Tehranın “İmam Xomeyni” Beynəlxalq Hava Limanı istiqamətində uçuşlara başlayır. Vətəninfo.az xəbər verir ki, bu barədə Armenpress məlumat yayıb.
11 iyul 2023-cü il tarixindən etibarən İrəvanın Zvartnots Beynəlxalq Hava Limanı ilə Tehranın “İmam Xomeyni” Beynəlxalq Hava Limanı arasında hər həftə iki reys həyata keçiriləcək.