Ermənistanın paytaxtı İrəvanla Gürcüstanın paytaxtı Tbilisi arasında qatar yolu açılır.
Sentyabrın 3-dən qatar iki gündən bir şəhərlər arasında hərəkət etməyə başlayacaq.
Qatar ayın tək günlərində İrəvandan, cüt günlərdə isə Tbilisidən yola düşəcək.
Qeyd edək ki, hazırda ölkələr arasında yalnız İrəvan-Batumi-İrəvan qatarı hərəkət edir.