Ermənistan paytaxtında Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə yürüş başlayıb.

Bu barədə erməni KİV-i məlumat yayıb. Hökumət başçısının “xaç yürüşü” adlandırdığı aksiya Müqəddəs Qriqori Lusavoriç (Müqəddəs Maarifçi Qriqori) baş kilsəsində Ermənistan rəhbərliyinin iştirak etdiyi milad liturgiyasından sonra başlayıb.

Yürüş iştirakçıları Müqəddəs Anna kilsəsinə doğru irəlləyirlər.


























