image-irevanbackend

İRƏVANDAN TÜRKİYƏYƏ ŞƏRT: Sərhədlər ilkin şərt olmadan açılmalı, diplomatik əlaqələr qurulmalıdır

image-reklam_sirab_01

Ermənistanın Türkiyə ilə danışıqlar gündəmi dəyişməyib, ilkin şərt olmadan sərhədləri açmağa və diplomatik əlaqələr qurmaq.

 

Veteninfo.az xəbər verir ki, bu fikirləri  Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan bildirib.

 

Erməni mediasına açıqlamasında Arşakyan bildirib ki, Ermənistan müstəqillik əldə etdikdən sonra Ermənistanın sərhədləri gərgin olub. Ermənistan həm müharibə zamanı, həm də sülh şəraitində minlərlə itki verib: “Düşünürəm ki, indi irəli sürdüyümüz, xalqımızın buna səs verdiyi sülh gündəliyi sərhədlərimizin, Ermənistanın təhlükəsizliyini təmin etməyə, bir daha əsgərin sülh içində ölməməsinə, bir daha Ermənistan müharibədədir eşiyməyəcəyik”. Arşakyan Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünə gəlincə,  qeyd edib ki, bu, onların ilk görüşüdür, çox məlumatın olmaması normaldır: “İlk görüş oldu, insanlar tanış oldular, bizim tərəf öz gündəliyini təqdim etdi, bizi nə maraqlandırır, Türkiyə tərəfi də öz təkliflərini gətirdi  müzakirə oldu. Həmin müzakirədən sonra tərəflər gündəmdəki məsələləri dəqiqləşdirmək və müzakirə etmək üçün paytaxtlarına qayıtdılar”. Arşakyan Ermənistanın nə ilə maraqlandığı sualına toxunaraq bildirb ki, rəsmi İrəvanı maraqlandıran sərhədləri ilkin şərt olmadan açmaq və diplomatik əlaqələr qurmaqdır: “Gündəliyimiz dəyişməyib. Müstəqil Ermənistanın bütün hakimiyyət orqanları bəyan edib ki, bizim türklərlə danışıq gündəliyimiz belədir: Türkiyə ilə sərhədlər ilkin şərt olmadan açılmalı, diplomatik əlaqələr qurulmalıdır”. Ermənistan parlamentinin sədr müavini bəyan edib ki,Türkiyənin ilkin şərtlər irəli sürmə risqlərinin ola biləcəyini inkar etməyib. Arşakyan vurğulayıb ki, keçirilən görüşlər və danışıqlar Rusiyanın vasitəçiliyi ilə keçirilir və Rusiya Xarici İşlər Nazirliyi də keçirilən görüşü müsbət dəyərləndirib: “Ümid edirəm ki, beynəlxalq tərəfdaşların köməyi ilə biz sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması məsələsini aça biləcəyik. Və bu, Ermənistan Respublikasının maraqlarına uyğundur”.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki