image-reklam-veteninfo
image-1backend

İŞİD-ə partlayıcı maddələr hazırlayan  14 şəxs ələ keçdi

image-reklam-veteninfo

Türkiyə polisi bu gecə genişmiqyaslı əməliyyat keçirib. Vətəninfo.az xəbər verir ki, İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində 14 şübhəli saxlanılıb. Şübhəlilər terror təşkilatına hücumlar həyata keçirmək üçün partlayıcı maddələr təmin etməkdə ittiham olunurlar.

İstanbul Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi qrupları İŞİD-in fəaliyyətinin qarşısını almaq və təşkilatı ifşa etmək məqsədilə araşdırmalarını davam etdirib. Aparılan təhqiqat zamanı terror təşkilatı adına partlayıcı maddələr əldə edən və qarşıdurma bölgələri ilə əlaqəli fəaliyyət göstərən şəxslər müəyyən edilib, onların şəxsiyyəti və ünvanları müəyyənləşdirilib.

Müəyyən olunmuş ünvanlarda eyni vaxtda həyata keçirilən əməliyyatlar zamanı 14 şübhəli saxlanılıb. Əməliyyatlar zamanı çoxlu sayda rəqəmsal material, sənədsiz silah və 90 güllə ələ keçirilib.

Saxlanılan şübhəlilər əməliyyat üçün polis bölməsinə gətirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki