İslandiyanın Reykjanes ada vulkanı dekabrdan bəri altıncı dəfə püskürüb.
Vətəninfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İslandiya Meteorologiya İdarəsi püskürmənin avqustun 23-də yerli vaxtla saat 21:26-da başladığını bildirib. Püskürmədən əvvəl bir sıra zəlzələlər baş verib. Yaxınlıqdakı Qrindavik balıqçı kəndinin sakinləri təxliyə edilib. Kəndin 4000-ə yaxın sakininin əksəriyyəti noyabrda artıq oranı tərk etdiyi üçün orada neçə nəfərin olduğu məlum deyil.