image-reklam-veteninfo
image-1backend

İspaniya Trampın təhdidlərini ciddi qəbul etmir – Politico

image-reklam-veteninfo

Politico nəşrinin yazdığına görə, İspaniya hökuməti və NATO rəsmiləri ABŞ prezidenti Donald Trampın Madridi hərbi xərcləri artırmadığına görə cəzalandırmaqla bağlı təhdidlərini ciddi qəbul etmirlər.

Alyansın nümayəndəsinə istinad edən nəşr bildirir ki, “hərbi dairələrdə bu təhdidlər ciddi təhlükə kimi qiymətləndirilmir”.

“İspanlar sakit reaksiya verirlər”, – mənbə Politicoya bildirib.

Nəşr qeyd edir ki, Trampın İspaniyaya qarşı ritorikası son aylarda sərtləşib. Bu isə Madridin müdafiə xərclərini artırmaqdan imtina etməsi ilə əlaqələndirilir və Amerika liderinin Avropanın ABŞ hərbi gücündən asılılığını azaltmaq planlarına ziddir.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli qəzetə açıqlamasında bildirib ki, ABŞ prezidenti hələ də “İspaniya hökumətinin qərarının iqtisadi nəticələrini” nəzərdən keçirir:

“Bütün digər NATO müttəfiqləri müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmağa razılaşıb, İspaniya isə bunu etməyən yeganə ölkə olub,” – deyə Kelli vurğulayıb.

Xatırladaq ki, oktyabrın 14-də Donald Tramp NATO daxilində hərbi xərclərlə bağlı fikir ayrılıqları səbəbindən İspaniya ilə ikitərəfli ticarətə idxal tariflərinin tətbiqini mümkün saydığını açıqlamışdı. Bundan əvvəl isə o, Vaşinqtonun qeyri-kafi hərbi xərclər hesab etdiyi səbəbdən krallığın NATO-dan çıxarılması təklifini irəli sürmüşdü.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki