İspaniyada daşqınlar nəticəsində Valensiya muxtariyyətində 51 nəfər ölüb. Vətəninfo.az xəbər verir ki , bu barədə “The Associated Press” agentliyi məlumat yayıb.
Güclü yağışlar nəticəsində bir neçə kənddə küçələr çaya çevrilib, dəmir yolu əlaqəsi kəsilib, magistral yollar bağlanıb.
Güclü yağışlar İspaniyanın cənub və şərq bölgələrində daşqınlara səbəb olub. Malaqada 300-ə yaxın sərnişini olan yüksək sürətli qatar relsdən çıxıb. itki yoxdur.
Küçələrdən axan sel suları yüksək sürətlə maşınları aparıb. Polis və xilasedicilər evlərin və avtomobillərin damındakı insanları xilas etmək üçün vertolyotlar cəlb edib. İspaniyanın çevik reaksiya bölmələrinin 1000-dən çox əsgəri daşqınlardan zərər çəkmiş bölgələrə göndərilib.
Proqnozlara görə, tufanlar oktyabrın 31-i daxil olmaqla davam edəcək.
Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi səbəbindən isti dalğaları və qasırğalar kimi ekstremal hava şəraiti daha da şiddətlənir.