image-image_750x_6463c87a24a89backend

İspaniyada güclü partlayış oldu

image-reklam_sirab_01

İspaniyada güclü partlayış olub. Vətəninfo.az xəbər verir ki,COPE radiostansiyasının muxtariyyətin təhlükəsizlik departamentinə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı Bask Ölkəsinin (İspaniya) Orio bələdiyyəsində parkda baş verən partlayış nəticəsində biri kişi və bir qadın iki nəfər həlak olub.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb və hadisə ilə bağlı araşdırma aparır.

Birinci versiyaya görə, bu, atışma olub, lakin təhlükəsizlik departamentinin mənbələri insidentə kustar üsulla hazırlanmış partlayıcı qurğunun səbəb olduğunu bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki