image-reklam-veteninfo
image-4444backend

İspaniyada leysan yağışları hәyatı iflic edib

image-reklam-veteninfo

İspaniyanın xüsusilə mərkəzi və şərq bölgələrinə yağan leysan yağışları həyatı iflic edib.

Paytaxt Madrid və Toledoda şəhərlərində “qırmızı xəbərdarlıq” elan edilib, çox sayda qatar reysi ləğv edilib, bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Məlumatda vətəndaşlara leysan yağışların yağacağı ilə bağlı mesajın əvvəlcədən göndərildiyi bildirilib. Mesajda vətəndaşlara güclü yağıntıya görə avtomobillərdən istifadə etməmələri və bayıra çıxmamaları tövsiyə edilib.

Kastilya-La-Mança, Valensiya və Kataloniya bölgələrində yağıntı və güclü külək nəticəsində bəzi evlər və iş yerləri su altında qalıb, ağaclar aşıb.

Hueska şəhərində 31 və 34 yaşlı iki alpinistin həyatını itirdiyi açıqlanıb.

Bundan əlavə, “Atletiko Madrid” – “Sevilya” matçının da qeyri-sabit hava şəraiti səbəbindən təxirə salındiği bildirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki